XƏBƏR LENTİ

10 March 2021

Digər Xəbərlər

12 February 2020 - 09:57

Tərtərdə ana azyaşlı övladına şişlə işgəncə verib –Cinayət işi başlanıb

Tərtərdə  ana azyaşlı övladını yandırıb.

Hadisə rayonun Azadqaraqoyunlu kəndində baş verib.

Kənd sakini Könül Dünyamalıyeva yaşadığı evdə şişi qaz sobasında qızdıraraq oğlu, 2011-ci il təvəllüdlü Telman Dünyamalızadənin bud, çanaq, qol və əlinə basıb.

Uşağın atası R. Dünyamalıyevin şikayətindən sonra Tərtər rayon Prokurorluğunda Cinayət Məcəlləsinin 133.2.4-cü( yetkinlik yaşına çatmayan şəxsə qarşı işgəncə vermə) maddəsilə cinayət işi başlanıb.