XƏBƏR LENTİ

09 İyul 2020
08 İyul 2020

Digər Xəbərlər

12 Fevral 2020 - 14:00

“Şirkət rəhbəri saxlanılmayıb, ancaq…” –Paytaxt polisi Mətanət Süleymanzadə haqda açıqlama yaydı

Bakı Şəhər Baş Polis İdarəsi (BŞBPİ) “Mak Marin LTD” şirkətinin təsisçisi və rəhbəri Mətanət Süleymanzadənin dələduzluğa görə saxlanılması ilə bağlı məlumatlara münasibət bildirib.

BŞBPİ-in Mətbuat Xidmətinin rəisi, polis mayoru Elşad Hacıyev “Report”un sorğusuna cavab olaraq bildirib ki, vətəndaşlardan daxil olan müraciətlər üzrə Xətai Rayon Polis İdarəsinin İstintaq şöbəsində araşdırma aparılır.

Onun sözlərinə görə, araşdırmanın nəticəsindən asılı olaraq, əmələ hüquqi qiymət veriləcək.

E.Hacıyev söyləyib ki, hazırda M.Süleymanzadə saxlanılmayıb.

Qeyd edək ki, ötən gün M.Süleymanzadənin saxlanılması ilə bağlı məlumat yayılıb. Bildirilib ki, şirkət rəhbəri işə düzəltmək adı ilə yüzlərlə insanın pulunu dələduzluq yolu ilə mənimsəyib.