XƏBƏR LENTİ

10 March 2021

Digər Xəbərlər

13 February 2020 - 14:47

İmişlidə Xaçmaz sakini həbs edildi – 2 kiloqram heroinlə

İmişlidə avtomobildən 2 kiloqramdan çox heroin aşkarlanıb.

Daxili İşlər Nazirliyinin (DİN) mətbuat xidmətindən Strateq.az-a verilən məlumata görə, İmişli Rayon Polis Şöbəsi əməkdaşlarının Çaxırlı kəndi ərazisində keçirdikləri əməliyyat-axtarış tədbirləri nəticəsində Xaçmaz rayon sakini V.Abbasovun idarə etdiyi “KİA” markalı avtomobil saxlanılıb.

Avtomobilə baxış zamanı oradan 2 kiloqram 735 qram heroin və 835 qram metamfetamin aşkar edilərək götürülüb.

Faktla bağlı araşdırma aparılır.