XƏBƏR LENTİ

10 March 2021

Digər Xəbərlər

14 May 2015 - 08:24

Bakıda 20 yaşlı qız və 24 yaşlı qadın yoxa çıxdı

Bakının Səbayel rayonunda 20 yaşlı qız yoxa çıxıb.

Səbayel Rayon Polis İdarəsinin 8-ci polis bölməsindən verilən məlumata görə, bu barədə Mürsəl Gözəlov bölməyə ərizə ilə müraciət edib.

Kişi ərizəsində bildirib ki, qızı -1995-ci il təvəllüdlü Ulduz Gözəlova itkin düşüb. O bildirib ki, qızı mayın 12-də Elçin Əzizov küçəsində yaşadığı mənzildən çıxıb və geri qayıtmayıb.

Bundan başqa, paytaxtın Qaradağ rayonunda 24 yaşlı qadın itkin düşüb. Qaradağ Rayon Polis İdarəsindən verilən məlumata görə, Müşviqabad qəsəbəsinə yaşayan 1991-ci il təvəllüdlü Mələk Telman qızı Hüseynova yoxa çıxıb. Bu barədə qadının həyat yoldaşı Rauf Hüseynov ərizə ilə polisə müraciət edib. Kişi bildirib ki, həyat yoldaşı evdən çörək admaq adı ilə çıxıb və geri qayıtmayıb.

Hər iki faktla bağlı polis axtarışlara başlayıb(Ans).