XƏBƏR LENTİ

05 Aprel 2020
04 Aprel 2020

Digər Xəbərlər

16 Fevral 2020 - 20:46

Kürdəmir sakinindən külli miqdarda narkotik və silah götürüldü –FOTO

Kürdəmir rayon Polis Şöbəsinin əməkdaşlarının keçirdikləri uğurlu əməliyyat tədbirləri nəticəsində külli miqdarda narkotik vasitə aşkar edilərək qanunsuz dövriyyədən çıxarılıb.

Kürdəmir rayon Polis Şöbəsinə rayonun Köhünlü kənd sakini 1960-cı il təvəllüdlü, Mikayılov Sadıq Kamal oğlunun qanunsuz olaraq narkotik vasitəni yaşadığı evdə və evin həyətyanı sahəsində saxlaması, eləcə də qanunsuz olaraq narkotik vasitəni satması barədə məlumat daxil olub.

Daxil olan məlumat əsasında Kürdəmir rayon Polis Şöbəsinin əməkdaşları tərəfindən həmin ünvana baxış keçirilib.

Mikayılov Sadıqin evinin həyətyanı torpaq sahəsində aparılan axtarış zamanı bir ədəd “İJ” markalı ov tüfəngi, torpağa basdırılan 14 ədəd 2-3 litrlik şüşə balonların içərisində və əlavə olaraq 131 ədəd kibrit qutularına qablaşdırılımış halda ümumi çəkisi 5 kq 580 qram narkotik vasitə olan qurudulmuş marixuana aşkar olunaraq götürülüb və maddi sübut qismində istintaqa təqdim edilib.

Faktla bağlı Kürdəmir RPŞ-nin İstintaq bölməsində Azərbaycan Respublikası CM-in 234.4.3-cü maddəsi ilə cinayət işi başlanılıb, hal-hazırda istintaq davam etdirilir. /Report