XƏBƏR LENTİ

10 March 2021

Digər Xəbərlər

14 May 2015 - 09:09

Kreditə görə tutulan 14 iş adamı azad edildi

Buna səbəb həmin şəxslərin külli miqdarda kredit borclarını tamamilə ödəməsi olub.

Daxili İşlər Nazirliyinin Mütəşəkkil Cinayətkarlıqla Mübarizə Baş İdarəsi tərəfindən saxlanılmış iş adamlarından 14 nəfər azadlığa buraxılıb.
Lent.az-ın əldə etdiyi məlumata görə, buna səbəb həmin şəxslərin külli miqdarda kredit borclarını tamamilə ödəməsi olub.
Qeyd edək ki, bəzi iş adamları banklardan külli miqdarda vəsaiti kredit kimi götürərək, geri qaytarmayıblar. Yaranmış kredit borcları faizləri ilə birlikdə bir neçə milyard dollara yaxın vəsaitə çatıb.