XƏBƏR LENTİ

10 İyul 2020
09 İyul 2020

Digər Xəbərlər

22 Fevral 2020 - 13:52

Kürdəmirdə ananın meyiti su quyusundan, oğlunun meyiti evdən tapıldı- VİDEO

Kürdəmirdə ana və oğlunun meyiti tapılıb.

APA-nın yerli bürosunun xəbərinə görə, hadisə rayonun Şüşün kəndində qeydə alınıb. Kənd sakini, 1977-ci il təvəllüdlü Leyla Cavanşir qızı Qənbərovanın meyiti həyətdəki su quyusundan, onun övladı Hilal Orxan oğlu Qənbərovun meyiti isə evdə aşkar edilib.

”Report”un Yuxarı Şirvan bürosu xəbər verir ki, körpənin meyiti Şüşün kəndində evdə, ananın nəşi isə həyətdəki su quyusunda aşkarlanıb.

Kürdəmir Rayon Polis Şöbəsinin və rayon prokurorluğunun əməkdaşları hadisə yerinə cəlb olunub. Hazırda hadisənin hansı səbəbdən baş verməsi araşdırılır.

Meyitlər müayinə üçün Səhiyyə Nazirliyinin Məhkəmə-Tibbi Ekspertiza və Pataloji Anatomiya Birliyinin Kürdəmir rayon şöbəsinə yerləşdirilib.

Faktla bağlı Kürdəmir Rayon Prokurorluğunda araşdırma aparılır.