XƏBƏR LENTİ

14 İyul 2020
13 İyul 2020

Digər Xəbərlər

25 Fevral 2020 - 23:32

Sumqayıtda ağır cinayət:orta yaşlı kişini əvvəl döyüb, sonra güllələyiblər

Sumqayıtda ağır cinayət törədilib.

Hadisə bir neçə gün əvvəl Hacı Zeynalabdin qəsəbəsində qeydə alınıb. Orta yaşlı kişi əvvəlcə döyülüb, daha sonra güllələnərək öldürülüb. Hadisəni törədən şəxslər meyiti Masazıra apararaq orada basdırıblar.

Hadisə barədə hüquq-mühafizə orqanlarına məlumat daxil olan kimi dərhal əməliyyat qrupu yaradılıb. Qətlə yetirilən şəxsin meyiti basdırıldığı yerdən çıxarılaraq tibbi ekspertizaya təhvil verilib.

Araşdırmalar zamanı qətlə yetirilən şəxsin Abşeron rayonu Masazır qəsəbə sakini, 1977-ci il təvəllüdlü Mircəfərov Zaur Mirdadaş oğlu olması müəyyən edilib.

Faktla bağlı əməliyyat-axtarış tədbirləri davam etdirilir. /APA