Gəncə şəhərində 16 yaşlı qız dəm qazından boğulub.
APA-nın yerli bürosunun məlumatına görə, şəhər sakini, 2004 cü il təvəllüdlü Rüstəmova Nisə Arif qızı yaşadığı evin hamamında dəm qazından boğularaq ölüb.
Faktla bağlı Gəncə şəhər Prokurorluğu tərəfindən araşdırma aparılır.