XƏBƏR LENTİ

11 İyul 2020
10 İyul 2020

Digər Xəbərlər

26 Fevral 2020 - 23:35

Bakıda zəncirvari qəza:3 nəfər öldü, xəsarət alan var

Bakıda baş verən ağır yol qəzasında xəsarət alan şəxsin kimliyi məlum olub. 

Qaradağ rayonunda, Xocahəsən qəsəbəsində avtomobillərin toqquşması nəticəsində 1984-cü il təvəllüdlü Əliyev Budaq Səfərəli oğlu xəsarət alıb. Yaralı təcili tibbi yardım briqadasının köməkliyi xəstəxanaya çatdırılıb. Ona kürək və baldır sümüklərinin sınığı diaqnozu qoyulub.

Qeyd edək ki, qəza zamanı hadisə yerində 2 qadın ölüb. Qəzada xəsarət alan kişi isə 1 saylı Kliniki Tibbi Mərkəzə aparılarkən yolda dünyasını dəyişib.

Xatırladaq ki, hadisə zamanı 3 avtomobil toqquşub, onlardan biri ərazinin yaxınlığındakı bataqlığa düşüb.

Faktla bağlı araşdırma aparılır/Report.