XƏBƏR LENTİ

10 March 2021

Digər Xəbərlər

27 February 2020 - 12:44

Gəncədə məktəbli qız evdə ölü tapıldı- Araşdırma aparılır

Gəncə şəhərində yeniyetmə qız dəm qazından boğulub.

Trend-in məlumatına görə, hadisə Gəncə şəhəri, Kəpəz rayonu, Mikayıl Rəhimov küçəsi 15-də baş verib. Həmin ünvanda yaşayan 2004-cü il təvəllüdlü məktəbli Rüstəmova Nisə Arif qızı yaşadığı evin hamamında çimərkən dəm qazından boğulub.

Ailə üzvləri qızın meyitini hamamda aşkar ediblər.

Faktla bağlı araşdırma aparılır.