XƏBƏR LENTİ

25 Oktyabr 2020
24 Oktyabr 2020

Digər Xəbərlər

04 Mart 2016 - 12:19

Siqaret qaçaqmalçıları tutuldu –Komitə rəsmi xəbər yaydı

gomruk

 

Gömrükçülər külli miqdarda siqaretin qaçaqmalçılıq yolu ilə ölkə ərazisinə keçirilməsinin qarşısı alıb.

 

Strateq.az xəbər verir ki, bu haqda Dövlət Gömrük Komitəsi rəsmi məlumat yayıb.

 

Bildirilib ki, Biləsuvar Gömrük İdarəsinin “Qoşa Təpə” Gömrük postunda İran İslam Respublikasından Azərbaycana gələn Azərbaycan Respublikası vətəndaşının idarə etdiyi minik avtomobilinə baxış keçirilib.

 

Baxış zamanı avtomobilin yük yerindəki xüsusi rezin üstlüyün altından gömrük nəzarətindən gizlədilən, üzərində “Meqan” sözləri yazılı hər birində 10 qutu olmaqla 50 blok, həmin avtomobilin arxa buferinin altındakı boşluqdan gömrük nəzarətindən gizlədilən hər birində 10 qutu olmaqla 21 blok, avtomobilin salonundakı ön şitin altından hər birində 10 qutu olmaqla 8 blok , mühərrik yerindəki boşluqlardan isə hər birində 10 qutu olmaqla 23 blok üzərində “[email protected]” yazısı olan siqaretlər aşkar edilib. Ümumilikdə avtomobildən gömrük nəzarətindən gizlədilərək qaçaqmalçılıq yolu ilə ölkə ərazisinə keçirilməyə cəhd göstərilən 2 adda 20 400 ədəd siqaret aşkar edilərək götürülüb.