XƏBƏR LENTİ

08 Avqust 2020
07 Avqust 2020

Digər Xəbərlər

15 May 2015 - 05:06

28 mayda əfv fərmanı gözlənilir: Siyasi məhbuslardan kimlər buraxılacaq?

afv.jpg

Respublika günü münasibətilə əfv sərəncamının veriləcəyi barədə yayılan xəbərlər öz təsdiqini tapmaqdadır. Mayın 10-da əfv gözlənilsə də, olmadı. Artıq bütün ümidlər 28 maya dikilib. Hüquq müdafiəçiləri də nikbindir.

İnsan Haqları üzrə Birgə İşçi Qrupunun üzvü Novella Cəfəroğlu mətbuata açıqlamasında 15-16 nəfərlik məhbus siyahısını Əfv Komissiyasına təqdim etdiklərini bildirib.

İşçi Qrupunun digər üzvü Səadət Bənəniyarlı müsavat.com-a açıqlamasında əfv veriləcəyini təsdiqləyib: “Biz bu qərarı gözləyirik. 10 mayda əfv olmamasının səbəblərini deyə bilmərəm. Əvvəldən deyirdik ki, biz may ayında əfv verilməsini istərdik və gözləyirik. Yəni mesajımız bu şəkildə idi. Hələ də gözləyirik. Belə bir addım atılacağına inanırıq. çünki çox vacib bir məsələdir. Avropa Oyunları ərəfəsində ölkəmiz adına müsbət keyfiyyətlər verə bilər. Elə məsələlər var ki, qərara mane ola bilər. İşçi Qrupu olaraq, təmaslarımız vətəndaşlarla davam edir. Yəqin ki, bu ayın sonunda iclasımız olacaq”.

Hüquq müdafiəçisi təqdim etdikləri 15 nəfərlik əfv siyahısından da danışdı: “Əsasən siyasi məhbuslardan ibarət siyahıdır. Siyahıda təqdim etdiyimiz şəxslər azad olsa, böyük uğur olar. Bildiyiniz kimi, əfvdə 4-5 siyasi məhbusun adını görürük. Ona görə də 15 nəfərin azadlığa çıxması çox böyük uğur, müsbət addım olardı. Məhkəmə qərarı olmadığına görə, bəzi siyasilərin günahsız olduğunu deyə bilmərik. Bu şəxs əgər istintaq altındadırsa, məhkəmə qərarı yoxdursa, biz nə edə bilərik? Yalnız onlar barəsində seçilmiş həbs-qətimkan qərarının dəyişdirilməsini xahiş edirik. Onlar sadəcə çox gündəmdə olan şəxslərdir. Amma qanuni yolu olmalıdır”.