XƏBƏR LENTİ

30 Oktyabr 2020
29 Oktyabr 2020

Digər Xəbərlər

04 Mart 2016 - 18:06

Aeroport yolunda ağır qəza:14 nəfər yaralı var

 

 

qeza

Bakıda ağır yol-nəqliyyat hadisəsi baş verib.

 

Suraxanı Rayon Polis İdarəsindən APA-ya verilən məlumata görə, Aeroport yolunda 160 saylı marşrut avtobusla “VAZ 2109” markalı avtomobil və daha bir neçə maşın toqquşub.

 

Nəticədə bir neçə nəfər xəsarət alıb.

 

Hazırda polis əməkdaşları hadisə yerində araşdırma aparırlar.

 

Səhiyyə Nazirliyindən APA-ya verilən xəbərə görə, ilkin məlumata əsasən, 14 nəfər xəsarət alıb, ölən yoxdur. 6 nəfərə yerində yardım göstərilib. 5 nəfər isə Sabunçu rayon 3 saylı Şəhər Klinik Xəstəxanaya aparılıb. Onlardan 3-nün vəziyyəti ağırdır.