XƏBƏR LENTİ

10 March 2021

Digər Xəbərlər

05 March 2016 - 10:58

Azərbaycanda daha bir intihar- 18 yaşlı gənc özünü asdı

 

intihar

Tovuz rayonunda intihar hadisəsi baş verib.

Bu barədə trend.az-a Tovuz rayon Prokurorluğundan məlumat verilib.

Məlumata görə, Şəmkir rayon sakini, 1998-ci il təvəllüdlü Həsənov Rəsul Nəriman oğlu Tovuz rayonunun Alakol kəndi ərazisində özünü kəndirlə asaraq intihar edib. Hadisə martın 4-də baş verib. Hələlik intiharın səbəbləri məlum deyil.

Faktla bağlı Tovuz rayon Prokurorluğunda Cinayət Məcəlləsinin 125-ci ( özünü öldürmə həddinə çatdırma) maddəsilə cinayət işi başlanıb, istintaq aparılır.