XƏBƏR LENTİ

07 Avqust 2020
06 Avqust 2020

Digər Xəbərlər

15 May 2015 - 08:01

Ilqar Məmmədov karserə salınıb –Vəkil

ilqar memmedov.jpg

2 saylı koloniyada cəza çəkən REAL hərəkatının lideri İlqar Məmmədov 7 sutkalığa karserə salınıb. Bu barədə Turan-a onun vəkili Fuad Ağayev bildirib.

Bu gün vəkilə İ.Məmmədova belə cəza verilməsinin səbəblərini açıqlamayıblar və onunla görüşə icazə verməyiblər.

F.Ağayev Ali Məhkəmədə REAL liderinin kassasiya şikayətinə baxılması zamanı müdafiə taktikasının müzakirəsi məqsədlə İ.Məmmədovla görüşmək niyyətində olub.

Bundan əlavə, vəkil İ.Məmmədovla Avropa İnsan Hüquqları Məhkəməsinə ikinci şikayətin verilməsi və onun işi üzrə Strasburq məhkəməsinin birinci qərarının icrasının yubadılmasına dair məsələləri müzairə etmək istəyib.

Vəkil İ.Məmmədovla görüşdən imtinanı müdafiə hüququnun kobud pozulması kimi qiymətləndirib.

*2013-cü il martın 17-də İlqar Məmmədov 23-24 yanvar 2013-cü il İsmayıllı iğtişaşlarına görə 7 il azadlıqdan məhrum edilib.

2014-cü il mayın 22-də Avropa İnsan Hüquqları Məhkəməsi İ.Məmmədovun həbsini qanunsuz sayıb. Avropa məhkəməsinin qərarı ilə Azərbaycan hökuməti İ.Məmmədova 22 min avro həcmində kompensasiya verməlidir.

2014-cü ilin iyununda Şəki Apellyasiya Məhkəməsi Şəki Ağır Cinayətlər Məhkəməsinin qərarını qüvvədə saxlayıb.