XƏBƏR LENTİ

02 Dekabr 2020
01 Dekabr 2020

Digər Xəbərlər

17 Mart 2020 - 10:48

Ağdaşda polis əməliyyatı:iki nəfər narkotiklə saxlanıldı

Ağdaş Rayon Polis Şöbəsinin (RPŞ) əməkdaşları tərəfindən narkotik vasitələrin qanunsuz dövriyyəsi ilə məşğul olan şəxslərin tutularaq məsuliyyətə cəlb olunmaları istiqamətində növbəti uğurlu əməliyyat tədbirləri həyata keçirilib.

Daxili İşlər Nazirliyinin (DİN) Mətbuat Xidmətinin Şəki regional qrupundan Strateq.az-a verilən məlumata görə, şöbə əməkdaşlarının daxil olan məlumat əsasında keçirdikləri əməliyyat tədbiri nəticəsində narkotik vasitələrin qanunsuz dövriyyəsində şübhəli bilinən 33 yaşlı Ağdaş şəhər sakini Ruslan Rəsulov saxlanılıb.

Şəxsi axtarış zamanı ondan 1 ədəd sellofan torbada ümumi çəkisi 1 kq 10 qram narkotik vasitə olan qurudulmuş marixuana aşkar edilərək maddi sübut kimi götürülüb.

Ağdaş RPŞ əməkdaşlarının narkotik vasitələrin qanunsuz dövriyyəsinə qarşı keçirdikləri digər bir əməliyyat tədbiri nəticəsində Ağdaş şəhər sakini Müşfiq Əzizov şübhəli şəxs qismində saxlanılıb. Ondan da üzərində gəzdirdiyi sellofan torbada çəkisi 1 kq 40 qram qurudulmuş marixuana aşkar edilib, qablaşdırılaraq götürülüb.

Faktlarla bağlı araşdırma aparılır.