XƏBƏR LENTİ

20 Oktyabr 2020

Digər Xəbərlər

17 Mart 2020 - 14:34

“Cinayət törədən 23 nəfər saxlanılıb” –DİN-dən açıqlama

Ötən gün daxili işlər orqanlarında qeydə alınan cinayət faktları və hadisələr haqqında statistik məlumatlar açıqlanıb.

Daxili İşlər Nazirliyinin (DİN) Mətbuat Xidmətindən Strateq.az-a verilən məlumata görə, martın 16-da törədilən 19 cinayətin üstü “isti izlər”lə açılıb.

Məlumata görə, əvvəlki dövrlərdən bağlı qalan 7 cinayətin açılması təmin olunub: “Axtarışda olduğuna görə ümumilikdə 24 nəfər, o cümlədən mülki-hüquqi öhdəliklərin icrasından yayındığına görə 1 nəfər, borclu şəxs qismində axtarışda olan 12 nəfər saxlanılaraq aidiyyəti üzrə təhvil verilib. 

Avtomobil yollarında isə 5 ağır yol-nəqliyyat hadisəsi baş verib, nəticədə 5 nəfər ölüb, 2 nəfər xəsarət alıb”.

Məlumatda o da bildirilib ki, daxili işlər orqanları əməkdaşlarının həyata keçirdikləri əməliyyat-axtarış tədbirləri nəticəsində narkotiklərlə əlaqəli 8 fakt müəyyən edilib: “Cinayət törətməkdə şübhəli bilinən 23 nəfər saxlanılıb”.