XƏBƏR LENTİ

10 Aprel 2020
09 Aprel 2020

Digər Xəbərlər

17 Mart 2020 - 15:13

İranda 85 minədək dustaq həbsdən buraxılıb –Virusa görə

Yeni koronavirusun yayıldığı İranda 85 minədək dustaq müvəqqəti olaraq həbsdən buraxılıb.

Bu barədə bildirən Ali Məhkəmə sözçüsü Qulamhüseyn İsmayıli həmin şəxslərdən yarısının təhlükəsizliklə bağlı maddələrlə məhkum olunduğunu deyib.

O bildirib ki, “biz infeksiyaya qarşı həbs yerlərində ehtiyat tədbirləri görürük”.

Q.İsmayıli həmin dustaqların nə vaxt geri qaytarılacağını dəqiqləşdirməyib.

Qeyd edək ki, martın 10-da BMT-nin İranla bağlı xüsusi insan hüquqları məruzəçisi Cavad Rəhman İran hökumətindən virusun yayıldığı həbs yerlərindən bütün siyasi dustaqları müvəqqəti azad etmələrini istədiyini açıqlayıb.

Ötən gün İranda yeni koronavirusdan daha 129 nəfər dünyasını dəyişib ki, bu da gün ərzində ən böyük itkilərdən biridir. Bütövlükdə, COVİD-19 virusuna 14 991 nəfərin yoluxduğu ölkədə indiyədək 853 nəfər ölüb, 4 996 nəfər isə sağalıb/Report.