XƏBƏR LENTİ

11 İyul 2020
10 İyul 2020

Digər Xəbərlər

19 Mart 2020 - 10:52

Mingəçevirdə polis əməliyyatı:keçmiş məhkum narkotiklə tutuldu + FOTO

Mingəçevir Şəhər Polis Şöbəsinin (ŞPŞ) əməkdaşları tərəfindən narkotik vasitələrin qanunsuz dövriyyəsinin qarşısının alınması istiqamətində uğurlu əməliyyat tədbiri keçirilib.

Daxili İşlər Nzirliyinin (DİN) Mətbuat Xidmətinin Şəki regional qrupundan Strateq.az-a verilən məlumata görə, şöbə əməkdaşları tərəfindən keçirilən əməliyyat tədbirləri nəticəsində əvvəllər Mingəçevir şəhər sakini, məhkum olunmuş Ceyhun Qurbanov saxlanılıb. 

Şəxsi axtarış zamanı ondan bir bükümdə narkotik vasitə olan heroin və kibrit qutusunda 7,61 qram qurudulmuş marixuana aşkar edilib. Əməliyyat tədbirlərinin davamı olaraq C.Qurbanovun yaşadığı evə də baxış keçirilib. Oradan 21,284 qram heroin və sellofan torbada 2 kq 155 qram qurudulmuş marixuana aşkar edilərək götürülüb.

Faktla bağlı araşdırma aparılır.