XƏBƏR LENTİ

05 İyul 2020
04 İyul 2020

Digər Xəbərlər

21 Mart 2020 - 15:14

DTX və DİN əməliyyat keçirdi- Saxlanılan var

Bakı və Abşeron sakinlərində silah-sursat aşkarlanıb.

Daxili İşlər Nazirliyinin Mətbuat Xidmətindən Strateq.az-a verilən məlumata görə, Binəqədi Rayon Polis İdarəsi (RPİ) əməkdaşlarının əldə edilən məlumat əsasında keçirdikləri əməliyyat-axtarış tədbiri nəticəsində Bakı şəhər sakini, əvvəllər məhkum olunmuş R.Əhmədovdan nömrəsi silinmiş “Makarov” markalı tapança, 1 ədəd patron darağı və 3 ədəd patron götürürülüb.

Abşeron Rayon Polis İdarəsi, Mehdiabad Polis Bölməsi və Dövlət Təhlükəsizliyi Xidməti (DTX) əməkdaşlarının birgə keçirdikləri əməliyyat tədbirləri nəticəsində Mehdiabad qəsəbə sakini, əvvəllər məhkum olunmuş N.Orduxanlı qəsəbə ərazisində saxlanılıb. Ondan “AK” markalı silah, 1 ədəd patron darağı və 5 ədəd patron aşkar edilərək götürülüb.