XƏBƏR LENTİ

01 Aprel 2020
31 Mart 2020

Digər Xəbərlər

21 Mart 2020 - 16:55

Bakıda münaqişə:keçmiş məhkum güllələndi

Bakı sakinini güllələyən şəxs saxlanılıb.

Daxili İşlər Nazirliyinin Mətbuat Xidmətindən Strateq.aza verilən məlumata görə, martın 20-də Xəzər rayonunun Şağan qəsəbə sakini Q.Teymurovun xəsarətlə xəstəxanaya gətirilməsi barədə 1-ci Polis Şöbəsinə məlumat daxil olub. Dərhal polis və prokurorluq orqanlarının əməkdaşları tərəfindən müvafiq tədbirlər həyata keçirilib.

Araşdırmalarla əvvəllər qəsdən adam öldürməyə görə məhkum olunmuş Q.Teymurova xəsarətin Şağan qəsəbəsi ərazisində qəsəbə sakini R.Sultanzadənin münaqişə zəminində tüfəngdən açdığı atəşlə yetirildiyi müəyyən edilib.

Təxirəsalınmaz əməliyyat-axtarış tədbirləri nəticəsində bu cinayət əməlini törətməkdə şübhəli bilinən R.Sultanzadə saxlanılıb. Cinayəti törədərkən istifadə etdiyi “Özkanarms” markalı ov tüfəngi ondan götürülüb.

Faktla əlaqədar Cinayət Məcəlləsinin 29, 120-ci (adam öldürməyə cəhd) maddəsi ilə cinayət işi başlanılıb.