XƏBƏR LENTİ

26 Noyabr 2020
25 Noyabr 2020

Digər Xəbərlər

05 Mart 2016 - 18:24

Bakıda prokuror özününbiznes şərikini həbs etdirdi

qandal-vezife

Tanınmış vəkil Adəm Məmmədov daha bir səs-küylü cinayət işi üzrə müqavilə bağlayıb.

Hüquqşünas bu barədə açıqlama verərək işin Bakı şəhərində yerləşən prokurorlardan birinin şəxsi marağı ilə bağlı olduğunu qeyd edib:

“Araşdırma zamanı müəyyən olundu ki, hüquqlarını müdafiə etdiyim şəxsin həbs edilməsinə səbəb, Bakı şəhərində yerləşən rayon prokurorlarından birinin şəxsi marağı olub.

Belə ki, müvəkkilim sözügedən prokurorla biznes şərikliyində olub. Şərikli biznes (neft alqı-satqısı) baş tutmadığından müvəkkilim prokurora verdiyi külli miqdarda pulu tələb etdikdə Ələddin Qəhrəmanov sifarişli həbsə məruz qalıb”.

A.Məmmədov bildirib ki, həmin prokurorun müvəkkilinin külli miqdarda pulunu aldadaraq, ələ keçirməsi barədə video və səs yazıları mövcuddur: “Tezliklə bu barədə geniş açıqlama veriləcək”(modern.az).