XƏBƏR LENTİ

25 Noyabr 2020

Digər Xəbərlər

05 Mart 2016 - 22:35

Piyadaları vurub qaçan sürücü yaxalandı –Baş Prokurorluq

prokurorluq.jpg

Neftçala rayonunun hüquq mühafizə orqanları tərəfindən həyata keçirilmiş təxirəsalınmaz istintaq və əməliyyat-axtarış tədbirləri nəticəsində yol hərəkəti və nəqliyyat vasitələrinin istismarı qaydalarını kobud şəkildə pozmaqla piyadanın ölümünə səbəb olan və hadisə yerindən qaçan sürücü tutularaq istintaqa cəlb olunub.

Bu barədə strateq.az-a Baş Prokurorluğun mətbuat xidmətindən məlumat daxil olub.

Məlumatda qeyd olunur ki, martın 4-də saat 16:30 radələrində Neftçala rayonu, Xolqaraqaşlı kənd sakini, 1983-cü il təvəllüdlü Şahpələng Muradov sürücülük hüququ olmadan idarə etdiyi yedəkli motosikllə kənd ərazisində hərəkətdə olarkən yol hərəkəti və nəqliyyat vasitələrinin istismarı qaydalarını kobud surətdə pozaraq piyadalar – həmin kənd sakinləri, 1971-ci il təvəllüdlü Güldəstə Zeynalova və 1969-cu il təvəllüdlü Yeganə Təhməzovanı vuraraq hadisə yerindən qaçıb:

"Hər iki şəxs Salyan Mərkəzi Rayon Xəstəxanasına çatdırılsa da, sonuncu aldığı xəsarətlərdən vəfat edib, G.Zeynalovanın müalicəsi isə davam etdirilir.

Faktla bağlı Neftçala rayon Polis Şöbəsinin İstintaq qrupunda Cinayət Məcəlləsinin 263-1.3 (Yol hərəkəti və ya nəqliyyat vasitələrinin istismarı qaydalarını nəqliyyat vasitələrini idarə etmək hüququ olmayan şəxs tərəfindən pozma zərərçəkmiş şəxsin ölümünə səbəb olduqda) və 264-cü (Yol nəqliyyat hadisəsi yerindən qaçma) maddələri ilə cinayət işi başlanıb.

Həyata keçirilmiş təxirəsalınmaz istintaq və əməliyyat-axtarış tədbirləri nəticəsində hadisəni törətməkdə şübhəli bilinən Şahpələng Muradov tutularaq istintaqa cəlb olunub.

Hazırda iş üzrə zəruri istintaq tədbirləri davam etdirilir".