XƏBƏR LENTİ

10 March 2021

Digər Xəbərlər

26 March 2020 - 10:45

Axtarışda olan 5 nəfər tutuldu –Paytaxt polis açıqlama yaydı

Paytaxtın polis orqanlarının keçirdikləri əməliyyat-axtarış tədbirləri nəticəsində ötən gün 17 cinayətin üstü açılıb. 

Bakı Şəhər Baş Polis İdarəsinin Mətbuat Xidmətindən Strateq.az-a verilən məlumata görə, onlardan 2-si əvvəlki dövrlərdən bağlı olan cinayətlər olub.

Məlumata görə, qəsdən sağlamlığa ağır zərər vurma və quldurluq üzrə hərəyə 1, narkotiklərin qanunsuz dövriyyəsinə görə 4, baş vermiş oğurluq hadisələri ilə əlaqədar əməliyyat-axtarış tədbirlər nəticəsində daha 4 faktın açılması tədbirlərlə təmin olunub: “Cinayət Məcəlləsinin müxtəlif maddələri və borca görə axtarışda olduğuna görə, ümumilikdə 5 nəfər saxlanılıb. İtkin düşmüş kim axtarışı elan olunan 3 nəfər tapılaraq ailəsinə təhvil verilib”.