XƏBƏR LENTİ

24 Sentyabr 2020
23 Sentyabr 2020

Digər Xəbərlər

07 Aprel 2020 - 16:03

İsmayıllıda dəhşətli hadisə: öldürülən 30-40 yaş arası naməlum şəxsə od vurublar –Polisdən açıqlama

İsmayıllı rayonunda yandırılaraq qətlə yetirilən kişinin şəxsiyyətini hələ ki, müəyyən etmək mümkün olmayıb.

DİN-in mətbuat xidmətinin Şəki regional qrupundan Strateq.az-a verilən məlumata görə, martın 28-də İsmayıllı rayonunun Tubukənd kəndi ərazisində, yol kənarındakı kol-koslu sahədə tanınmaz halda olan kişi meyiti aşkar edilib.

Meyitin tapıldığı ərazidə ona aid olduğu ehtimal edilən içərisi qəhvəyi, üstü isə mavi rəngli olan parça gödəkçə, göy rəngli cins şalvar, qara rəngli köynək tapılıb. Onun başqa ərazidə qətlə yetirildikdən sonra yandırıldığı və həmin kol-koslu sahəyə gətirilərək atıldığı ehtimal olunur. 

Yaşı təxminən 30-40 arası və qan qrupu 3+ olan kişinin bədəni tamamilə yandığı üçün onun şəxsiyyəti istintaqa məlum olmayıb. 

Yuxarıda qeyd olunmuş əlamətlərə uyğun gələn şəxs barəsində məlumatı olanlardan DİN-in “102” Zəng Mərkəzinə, həmçinin, İsmayıllı Rayon Polis Şöbəsinin 020-285-11-89 şəhər, (050) 280-45-00, (050) 210-94-95 mobil nömrələrinə zəng vuraraq məlumat vermələri xahiş olunur.