XƏBƏR LENTİ

20 Sentyabr 2020
19 Sentyabr 2020
18 Sentyabr 2020

Digər Xəbərlər

14 Aprel 2020 - 21:43

Gizli şəkildə fəaliyyət göstərən daha bir kafe aşkarlandı –Bu dəfə Kürdəmirdə + FOTO

Ölkə ərazisində xüsusi karantin rejiminin elan olunması və ictimai iaşə obyektlərinin faəliyyətinin qadağan edilməsinə baxmayaraq Kürdəmir rayonunda bəzi sahibkarlar tərəfindən nizam-intizamın pozulması hallarına rast gəlinib.

Strateq.az DİN-ə istinadla bildirir ki, Kürdəmir Rayon Polis Şöbəsinin əməkdaşları rayonun Mollakənd kəndində xüsusi karantin rejimini pozaraq gizli şəkildə fəaliyyət göstərən kafe aşkar ediblər.

Həmin kafenin sahibi 1958-ci təvəllüdlü Hacıyev Xanəhməd İman oğlu polis şöbəsinə gətirilib.

Xüsusi karantin qaydalarını pozan Xanəhməd Hacıyev barəsində Polis Bölməsində Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin 211-ci (Epidemiya əleyhinə rejimin, sanitariya-gigiyena və karantin rejimlərinin pozulması) maddəsi ilə tədbir görülüb, 100 manat məbləğində cərimə edilib.