XƏBƏR LENTİ

21 Sentyabr 2020

Digər Xəbərlər

16 Aprel 2020 - 12:32

Bakıda xadimə evdən 30 min manatlıq oğurluq etdi- Saxlanıldı

Bakıda evdə oğurluq hadisəsi baş verib.

Hadisə martın 15-dən aprelin 15-dək paytaxtın Nərimanov rayonunun M.Arif küçəsində qeydə alınıb.

Belə ki, naməlum şəxs N.Rzayevaya məxsus evdən 30 min manat dəyərində qızı-zinət əşyaları oğurlayıb.

Bakı Şəhər Baş Polis İdarəsinin Cinayət Axtarış İdarəsi və Nərimanov Rayon Polis İdarəsinin 18-ci Polis Şöbəsi əməkdaşlarının birgə keçirdikləri əməliyyat-axtarış tədbirləri nəticəsində hadisəni törətməkdə şübhəli bilinən Bakı şəhər sakini, 1983-cü il təvəllüdlü C.Əlieyeva saxlanılıb.

Faktla Cinayət Məcəlləsinin 177-ci (oğurluq) maddəsi ilə cinayət işi başlanıb.

Araşdırma zamanı məlum olub ki, C.Əliyeva həmin mənzildə xadimə işləyirmiş/Report.