XƏBƏR LENTİ

29 Sentyabr 2020
28 Sentyabr 2020

Digər Xəbərlər

16 Aprel 2020 - 12:52

Biləsuvarda polis əməliyyatı:30 kiloqrama yaxın narkotik aşkarlandı + FOTO

Biləsuvar Rayon Polis Şöbəsinin əməkdaşlarının keçirdikləri növbəti uğurlu əməliyyat-axtarış tədbirləri nəticəsində ümumilikdə 30 kiloqrama yaxın narkotik vasitə və psixatrop maddə aşkar olunaraq qanunsuz dövriyyədən çıxarılıb.

Daxili İşlər Nazirliyinin Mətbuat Xidmətinin Lənkəran regional qrupundan Strateq.az-a verilən məlumata görə, Biləsuvar RPŞ-nin əməkdaşlarının daxil olmuş məlumat əsasında keçirdikləri əməliyyat tədbiri zamanı narkotiklərin qanunsuz dövriyyəsində şübhəli bilinən Musa Bayramzadə idarə etdiyi “Vaz 2106” markalı avtomobillə saxlanılıb.

Onun idarə etdiyi avtomobilə keçirilən baxış zamanı oradan 19 kiloqram 400 qram narkotik vasitə heroin, 6 kiloqram 315 qram qurudulmuş marixuana, 4 kiloqam 25 qram psixatrop maddə metamfetamin aşkarlanaraq götürülüb.

Faktla bağlı Biləsuvar RPŞ-nin istintaq bölməsində araşdırma aparılır.