XƏBƏR LENTİ

19 Sentyabr 2020
18 Sentyabr 2020

Digər Xəbərlər

19 Aprel 2020 - 14:32

Balakəndə polis əməliyyatı:mağazalardan ərazaq və spirtli içki oğurlayan bu şəxslər tutuldu - FOTO

Balakən Rayon Polis Şöbəsinə (RPŞ) ayrı-ayrı vaxtlarda rayonun Talalar və Sarıbulaq kəndlərində yerləşən mağazalardan ümumi dəyəri 3 500 manat olan müxtəlif ərzaq məhsullarının, siqaret və spirtli içkilərin oğurlanması barədə müraciətlər daxil olub.

DİN-in Mətbuat Xidmətinin Şəki regional qrupundan Strateq.az-a verilən məlumata görə, daxil olmuş müraciətlər əsasında polis əməkdaşları tərəfindən keçirilmiş istintaq və əməliyyat-axtarış tədbirləri nəticəsində oğurluq hadisələrini törədən şəxslər müəyyən edilib. Həmin şəxslərin Balakən rayonu Talalar kənd sakinləri, əvvəllər də məhkum olunmuş – 24 yaşlı Tofiq Hacıyev, 27 yaşlı Turan Şindiyev və Qazma kənd sakini Murad Əhmədov olduqları məlum olub. Onlar şübhəli şəxs qismində saxlanılaraq polis şöbəsinə gətirilib. Araşdırma zamanı həmin şəxslər oğurladıqları siqaret və spirtli içkiləri Tofiq Hacıyevin dostu, rayonun Talalar kənd sakini Tural Zohorovun yaşadığı evdə gizlətdikləri müəyyən edilib.

Tədbirlərin davamı olaraq T.Zohorovun da yaşadığı evə baxış keçirilib. Baxış zamanı evdən adları qeyd olunan şəxslər tərəfindən oğurlanan müxtəlif markalı siqaretlər və və dibçəkdə kultivasiya yolu ilə yetişdirilən 3 ədəd narkotik tərkibli çətənə bitkisinin şitilləri aşkar edilərək maddi sübut kimi götürülüb. T.Zohorov da şübhəli şəxs qismində saxlanılıb.

Faktla bağla Balakən RPŞ-da araşdırma aparılır.