XƏBƏR LENTİ

26 Sentyabr 2020
25 Sentyabr 2020

Digər Xəbərlər

21 Aprel 2020 - 11:45

Masallıda futbol oynayan 7 nəfər cərimələndi –Karantin rejiminə görə + FOTO

Ölkə ərazisində elan edilmiş xüsusi karantin rejiminin tələblərini pozan şəxslərlə bağlı tədbirlər davam etdirilir.

DİN mətbuat xidmətinin Lənkəran regional qrupundan Strateq.az-a verilən məlumata görə, Masallıda bu istiqamətdə keçirilən tədbirlər zamanı karantin qaydalarını pozan daha bir neçə şəxs müəyyən edilərək inzibati qaydada cərimələniblər.

Belə ki, epidemiya əleyhinə rejimin qaydalarını pozan 7 nəfər Masallı sakininin rayonun Binə Xocavar kəndi ərazisində futbol oyunu təşkil etdikləri aşkarlanıb.

Həmin şəxslər Masallı RPŞ-yə gətirilib və hər biri barəsində İnzibati Xətalar Məcəlləsinin müvafiq maddəsi ilə protokol tərtib edilərək 100 manat məbləğində cərimə olunublar.