Bakıda ailə faciəsi baş verib.
Hadisə martın 8-də saat 21.00 radələrində qeydə alınıb. 1993-cü il təvəllüdlü Leyla Səlimova və onun 3 yaşlı oğlu Sirac Səlimovun yaşadıqları evin vanna otağında meyitləri aşkar edilib.
İlkin ehtimala görə, ana və oğlu dəm qazından boğularaq ölüblər. Faktla bağlı araşdırma aparılır(apa).