Bakıda daha bir nəfər özünü yandırıb.
Hadisə bu gün səhər 06.00 radələrində paytaxtın Niyazi küçəsində, Filarmoniya bağında qeydə alınıb. 40-45 yaşlı kişi üzərinə benzin tökərək özünü yandırıb.
Hadisə yerində olan şəxslərin köməkliyi ilə həmin şəxs xilas edilib və xəstəxanaya yerləşdirilib. Faktla bağlı araşdırma aparılır(APA).