XƏBƏR LENTİ

10 Mart 2021

Digər Xəbərlər

23 Aprel 2020 - 12:22

Bakıda aptekə silahlı basqın olub- Cinayət işi başlanıb

Bakıda aptekə basqın edilib.

APA-nın məlumatına görə, hadisə paytaxtın Sabunçu rayonu Zabrat qəsəbəsi ərazisindəki “Vita” aptekdə qeydə alınıb.

Naməlum şəxs əlində silahəbənzər əşya ilə aptekə daxil olaraq, orada çalışan şəhər sakini, 1988-ci il təvəllüdlü Esmira İbadovanı hədələyib, kassadan 700 manatı götürüb və hadisə yerindən qaçıb.

Faktla bağlı Cinayət Məcəlləsinin 181-ci(quldurluq) maddəsilə cinayət işi başlanıb, hadisəni törətməkdə şübhəli bilinən şəxsin tapılması barədə əməliyyat-axtarış tədbirləri davam etdirilir.