XƏBƏR LENTİ

18 Sentyabr 2020

Digər Xəbərlər

27 Aprel 2020 - 10:22

Bakıda aptekə silahla basqın edən şəxs tutulub- VİDEO

Bakıda aptekə silahla basqın edən şəxs tutulub.

Bakı Şəhər Baş Polis İdarəsindən (BSBPİ) APA-ya verilən məlumata görə, aprelin 21-də axşam saatlarında Sabunçu rayonunun Zabrat qəsəbəsində yerləşən aprektlərdən birində üzündə maska olan naməlum şəxs əlində tapançaya oxşar alətlə əczaçını hədələməklə 700 manat pulu quldurluq yolu ilə talayıb.

BŞBPİ Cinayət-Axtarış İdarəsi və 15-ci Polis bölməsi əməkdaşlarının birgə keçirdiyi təxirəsalınmaz əməliyyat-axtarış tədbirləri nəticəsində quldurluq əməlində şübhəli bilinən Bakı şəhər sakini, əvvəllər Cinayət Məcəlləsinin 234-cü maddəsi ilə məhkum olunan, 1979-cü il təvəllüdlü İ.Paşayev müəyyən olunaraq tutulub. Sabunçu RPİ İstintaq şöbəsində başlayan cinayət işi üzrə şübhəli şəxs ətrafında əməliyyat-axtarış, əməliyyat-istintaq tədbirləri davam etdirilir.