XƏBƏR LENTİ

24 Sentyabr 2020

Digər Xəbərlər

27 Aprel 2020 - 11:32

Şamaxıda 18 yaşlı oğlan özünü asıb- Araşdırma aparılır

Şamaxı rayonunda intihar hadisəsi baş verib.

APA-nın yerli bürosunun xəbərinə görə, hadisə şəhərin Cavanşir Babayev küçəsindəki 2 saylı binada baş verib.

İki mərtəbəli ümumi yaşayış binasında yaşayan 2002-ci il təvəllüdlü Babayev Nurlan Namiq oğlu binanın giriş hissəsində özünü kəndirlə asaraq intihar edib. Ailə üzvləri hadisədən gec xəbər tutub. O, təcili olaraq Şamaxı Rayon Mərkəzi Xəstəxanasına aparılarkən yolda dünyasını dəyişib. Onun hansı səbəbdən özünə qəsd etdiyi hələ ki, məlum deyil.

Faktla bağlı Şamaxı rayon Prokurorluğu tərəfindən araşdırma aparılır.