XƏBƏR LENTİ

21 Sentyabr 2020

Digər Xəbərlər

28 Aprel 2020 - 09:48

Daha 967 sürücü cərimələndi –DFYP açıqlama yaydı

Koronavirus (COVİD-19) infeksiyasının yayılmasının qarşısının alınması məqsədilə tətbiq edilən xüsusi karantin rejiminin pozulmasına görə 27.04.2020-ci il saat 00:00-dan 28.04.2020-ci il 00:00-dək olan müddət ərzində respublikanın avtomobil yollarında nəqliyyat vasitələri ilə hərəkətdə olan 967 nəfər Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin 211-ci maddəsi ilə inzibati məsuliyyətə cəlb edilib.

Baş Dövlət Yol Polisi İdarəsindən  Strateq.az-a verilən məlumata görə, ümumilikdə 01.04.2020-ci il tarixindən bu günədək respublikanın, o cümlədən paytaxtın avtomobil yollarında xüsusi karantin rejiminin pozulmasına görə 42 371 hərəkət iştirakçısı inzibati məsuliyyətə cəlb edilib.