XƏBƏR LENTİ

26 Sentyabr 2020
25 Sentyabr 2020

Digər Xəbərlər

30 Aprel 2020 - 10:56

Siyəzəndə polis əməliyyatı:3 nəfər narkotiklə saxlanıldı + FOTO

Siyəzən Rayon Polis Şöbəsinin (RPŞ) əməkdaşlarının keçirdikləri əməliyyat tədbirləri nəticəsində rayon ərazisində narkotik vasitələrin qanunsuz dövriyyəsində və alqı-satqısında şübhəli bilinən üç rayon sakini saxlanılıb.

DİN Mətbuat Xidmətinin Quba rayonunda regional qrupundan Strateq.az-a verilən məlumata görə, Siyəzən RPŞ-nin əməkdaşları tərəfindən keçirilən tədbirlərlə narkotik vasitələrin alqı-satqısında şübhəli bilinən rayon sakini, əvvəllər məhkum olunmuş 40 yaşlı Namiq Məhərrəmov yaşadığı evin yaxınlığında tutulub.

Hal şahidlərinin iştirakı ilə ona məxsus fərdi yaşayış evinə keçirilən baxış zamanı oradan satış üçün hazırlanmış beş bükümdə narkotik maddə olan metamfetamin, bir bükümdə heroin, bir ədəd “Methodone-40” həbi və bir ədəd elektron tərəzi aşkar olunub.

Şöbə əməkdaşları tərəfindən eyni gündə keçirilmiş digər əməliyyat tədbirləri nəticəsində narkotiklərin qanunsuz dövriyyəsində şübhəli bilinən əvvəllər məhkum olunmuş daha iki rayon sakini, 54 yaşlı Famil Zahidov və 41 yaşlı Feyruz Zeynallı da saxlanılaraq polis şöbəsinə gətiriliblər. Onların üzərinə baxış keçirilən zamanı hər iki şəxsdən narkotik maddə olan heroin aşkarlanaraq götürülüb.

Qeyd olunan faktlarla bağlı Siyəzən RPŞ-də cinayət işi açılıb, araşdırmalar aparılır.