XƏBƏR LENTİ

26 Sentyabr 2020
25 Sentyabr 2020

Digər Xəbərlər

30 Aprel 2020 - 12:16

Bakıda avtomobilə basqın edən şəxslər həbs olundu –Açıqlama

Bakıda quldurluq hadisəsi baş verib.

Daxili İşlər Nazirliyinin (DİN) Mətbuat Xidmətindən Strateq.az-a verilən məlumata görə, aprelin 28-i saat 20 radələrində Bakı şəhər sakini C.Səfərovun idarə etdiyi “Renault” markalı avtomobili Bakıxanov qəsəbəsi ərazisində yaşadığı evin qarşısında saxlayarkən maskalı şəxsin avtomobilə oturub ona bıçaqla ayağından xəsarət yetirərək 10 000 ABŞ dollarını cibindən götürərək getmələri barədə Sabunçu Rayon Polis İdarəsinin 13-cü Polis Bölməsinə məlumat daxil olub

Polis əməkdaşlarının keçirdikləri təxirəsalınmaz əməliyyat-axtarış tədbirləri nəticəsində quldurluğu törətməkdə şübhəli bilinən Masallı rayon sakinləri Ə.Abduləhədov  S.Şəmmədov qısa müddətdə müəyyən edilərək saxlanılıblar.