XƏBƏR LENTİ

10 Mart 2021

Digər Xəbərlər

30 Aprel 2020 - 15:27

Tovuzda ağır qəza:4-cü kurs tələbəsi öldü, yaralananlar var + FOTO

Tovuzda yol-nəqliyyat hadisəsi baş verib.

Məlumata görə, Xatınlı kəndində 1984-cü il təvəllüdlü Azər Yusibovun idarə etdiyi “VAZ 21099” markalı avtomobil yolun kənarına aşıb. Nəticədə Tovuz rayonu Qədirli kənd sakini, 1999-cu il təvəllüdlü Quliyev Toğrul İlqar oğlu ölüb, həmin kənd sakini, 1983-cü il təvəllüdlü Yusifov Azər Səməndər oğlu və Xantalı kənd sakini, 1999-cu il təvəllüdlü Alıyev İdris İlqar oğlu isə xəsarət alaraq xəstəxanaya yerləşdirilib.

Tovuzda baş verən yol qəzasında dünyasını dəyişən Toğrul Quliyevin tələbə olduğu məlum olub.

O, Sumqayıt Dövlət Universitetinin 4-cü kursunda oxuyurmuş.

Faktla bağlı araşdırma aparılır/APA.