XƏBƏR LENTİ

22 Sentyabr 2020
21 Sentyabr 2020

Digər Xəbərlər

30 Aprel 2020 - 18:07

Məhkəmələrdə videokonfrans vasitəsilə qərarlar çıxarılır –Azərbaycanda

“Artıq Bakının bir çox rayonlarında videokonfrans vasitəsilə işlərə baxılır və hətta yekun qərar çıxarılan proseslər də var”.

Bunu Ədliyyə Nazirliyinin “Pandemiya dövründə ədliyyəyə əlçatanlıq” mövzusunda keçirdiyi videokonfransda Yasamal Rayon Məhkəməsinin hakimi, Avropa Şurası Ədalət Mühakiməsinin Səmərəliliyi üzrə Avropa Komissiyasının (CEPEJ) prezidenti Ramin Qurbanov deyib.

O qeyd edib ki, hazırda məhkəmələrdə yalnız təxirəsalınmaz işlərə baxılır: “Həmin işlərə də məhkəmələrdə onlayn baxılması üçün müvafiq tədbirlər görülüb. Vətəndaşların prosesə video ilə qoşulması təmin edilib və bunun üçün “Elektron məhkəmə” informasiya sistemində xüsusi proqram təminatı hazırlanıb. Həmçinin vətəndaşların şəxsi məlumatlarının qorunması üçün də lazımi addımlar atılır”.

R.Qurbanov bildirib ki, bu sistem təkcə pandemiya dövründə deyil, həmçinin tərəflərin arzusu ilə digər vaxtlarda da keçirilə bilər/Report.