XƏBƏR LENTİ

11 Avqust 2020
10 Avqust 2020

Digər Xəbərlər

18 May 2015 - 06:47

Dövlət Xüsusi Mühafizə Xidməti zabitinin qətli – Deputatlığa sabiq namizədin məhkəməsi yenə təxirə düşüb

2011-ci il iyunun 8-də Bakının Nəsimi rayonu Hüseyn Seyidzadə küçəsi 2 A ünvanında münaqişə zəminində tanışı Rövşən Rüstəmovu güllələyən deputatlığa keçmiş namizəd Nadir Orucovun şikayəti üzrə hakim qərarını hələ də açıqlamayıb.

Bu barədə Strateq.az-a daxil olan məlumata görə, bu ilin əvvəlində Ali Məhkəmə Nadir Orucovun şikayəti əsasında iş materiallarını baxılması üçün yenidən Bakı Apellyasiya Məhkəməsinə qaytarıb:
«Fevral ayının sonunda cinayət işi Bakı Apellyasiya Məhkəməsinin hakimi Qədim Babayevin icraatına verilib. Hakim Qədim Babayev Cinayət Məcəlləsinin 178.3.2, 228.1, 120.2.5 və 120.2.6-cı maddələri ilə təqsirləndirilən və Bakı Ağır Cinayətlər Məhkəməsinin 29 mart 2013-cü il tarixli hökmü ilə məhkum olunan Nadir Orucovun işi üzrə məhkəmə prosesi üzrə mart ayının əvvəllərindən bu günədək 10 iclas saatı təyin etsə də, bunların heç birində qərarını açıqlamayıb. Sonuncu dəfə mayın 15-nə təyin edilən iclas bu dəfə də təxirə salınıb”.
Hakim Qədim Babayevin işi bu qədər uzatmasının səbəbi bilinməsə də, prosesin mayın 20-də davam etdiriləcəyi dəqiqləşib: “Həmin günü hakimin qərarını elan edəcəyi isə dəqiq bilinmir”.
Strateq.az xəbər verir ki, Nadir Orucov Bakı Ağır Cinayətlər Məhkəməsinin hökmü ilə 14 il 6 ay müddətinə azadlıqdan məhrum edilib. O, 2011-ci ildə Gəncə sakini Rövşən Rüstəmovu “Makarov” tipli tapança ilə ofisində qətlə yetirib. Mərhum 1993-cü ildən 1998-ci ilə qədər Dövlət Xüsusi Mühafizə Xidmətində baş leytenant kimi çalışıb. İstintaq qətlin borc üstündə baş verdiyini və əvvəldən planlandığını müəyyənləşdirib.
Onu da bildirək ki, N.Orucov 2005-ci ildə 9 saylı Binəqədi II, 2010-cu ildə isə 21 saylı Nəsimi I seçki dairəsindən deputatlığa namizəd olub.
Nadir ORUCOV
O, həm də “Zivər Nadir” MTK İstehsalat Kommersiya firmasının baş direktoru olub. N.Orucovun qətl törətdiyi ofisin yaxınlığında marketi, avtoyuma məntəqəsi və kafesi var. Bundan başqa, onun qətl gününə qədər Dünya Azərbaycanlıları Konqresinin (DAK) Azərbaycan nümayəndəliyində rəhbər vəzifə tutması haqda da xəbərlər var.
Strateq.az