XƏBƏR LENTİ

10 Mart 2021

Digər Xəbərlər

07 May 2020 - 11:43

Bakıda iki yaşlı uşaq ikinci mərtəbədən yıxılaraq ölüb

Bakının Sabunçu rayonunda pəncərədən yıxılan azyaşlı ölüb.

APA-nın xəbərinə görə, hadisə Ramana qəsəbəsi, Həsən bəy Zərdabi küçəsində qeydə alınıb.

Belə ki, həmin küçədə mənzil 3-də yaşayan 2018-ci il təvəllüdlü Abdullayev Kamil Murad oğlu yaşadığı evin ikinci mərtəbəsindən yıxılaraq ağır xəsarət alıb. Hadisə yerinə təcili yardım briqadası gəlsə də, azyaşlının həyatını xilas etmək mümkün olmayıb.

Faktla bağlı Sabunçu Rayon Prokurorluğunda araşdırma aparılır.