XƏBƏR LENTİ

29 Sentyabr 2020
28 Sentyabr 2020

Digər Xəbərlər

08 May 2020 - 12:36

İsmayıllıdakı silahlı insidentlə bağlı cinayət işi başlanıb- Saxlanılan var

Mayın 7-də saat 11 radələrində 1972-ci il təvəllüdlü Ağasəf Soltanovun güllə yarası xəsarətləri ilə meyitinin İsmayıllı rayon Mərkəzi Xəstəxanasına gətirilməsi barədə daxil olan məlumat əsasında dərhal polis və prokurorluq əməkdaşları tərəfindən məhkəmə-tibb ekspertinin iştirakı ilə hadisə yerinə və meyitə baxış keçirilib.

İsmayıllı rayon prokurorluğundan APA-ya verilən məlumata görə, faktla bağlı rayon prokurorluğunda Cinayət Məcəlləsinin 120.1-ci (qəsdən adam öldürmə) maddəsi ilə cinayət işi başlanıb, müvafiq ekspertizalar təyin edilib.

İlkin istintaqla 2000-ci il təvəllüdlü Şirxan Əzimovun aralarında şəxsi münasibətlər zəminində yaranmış münaqişə səbəbindən qisas almaq məqsədilə mayın 7-də saat 9 radələrində rayonun Müşgəmir kəndi ərazisində ov tüfəngi ilə A.Soltanova 3 dəfə atəş açmaqla qəsdən öldürməsinə əsaslı şübhələr müəyyən edilib.

Ş.Əzimov Cinayət Məcəlləsinin qeyd edilən maddəsi ilə nəzərdə tutulan cinayət əməlini törətməkdə şübhəli şəxs qismində tutulub.

Hazırda iş üzrə zəruri istintaq-əməliyyat tədbirləri davam etdirilir.