XƏBƏR LENTİ

30 Oktyabr 2020
29 Oktyabr 2020

Digər Xəbərlər

10 Mart 2016 - 11:26

Ölkəyə heroin gətirilməsinin qarşısı alınıb

Astara Gömrük İdarəsiAstara Gömrük İdarəsinin sərnişin şöbəsində İran İslam Respublikasından Azərbaycan Respublikasına piyada gələn Azərbaycan vətəndaşının üzərində şəxsi yoxlama aparılıb.

Dövlət Gömrük Komitəsinin mətbuat xidmətindən azertag.az-a bildirilib ki, yoxlama zamanı ondan 17 ədəd xırda bükümlərdə olmaqla, ümumi xalis çəkisi 141,694 qram təşkil edən heroin aşkar olunub.

Həmçinin İran İslam Respublikasından Azərbaycan Respublikasına piyada yolla gələn daha bir Azərbaycan vətəndaşının üzərində şəxsi yoxlama nəticəsində ondan 2 ədəd bağlamada, ümumi xalis çəkisi 200,915 qram təşkil edən heroin aşkar olunaraq götürülüb.

Hər iki faktla bağlı araşdırma aparılır.