XƏBƏR LENTİ

23 Sentyabr 2020

Digər Xəbərlər

18 May 2015 - 07:34

Qətl “Karvan” restoranında olub

Bakıda qətlin hansı restoranda törədildiyi məlum olub.

Strateq.az axar.az-a istinadən xəbər verir ki, Məhəmməd adlı şəxsin öldürdüyü Fəqan Əliyev “Karvan” restoranında ofisiant işləyib. Saytın əməkdaşları restoranla əlaqə saxlayıb və şadlıq sarayından xəbər təsdiqlənib. Qətlin hansı səbəbdən baş verdiyi məlum olmasa da, mübahisə zəminində olduğu bildirilib.

Qeyd edək ki, APA-nın məlumatına görə, hadisə Yasamal rayonu, 1-ci Alatava ərazisində yerləşən şadlıq evinin həyətində qeydə alınıb. Məhəmməd (soyadı məlum deyil) adlı şəxs şadlıq evinin işçisi Fəqan Əliyevi bıçaqlayaraq qətlə yetirib. Faktla bağlı cinayət işi başlanıb, istintaq gedir.