XƏBƏR LENTİ

20 Sentyabr 2020
19 Sentyabr 2020

Digər Xəbərlər

16 May 2020 - 19:03

Bloger 3-cü dəfə cərimə olundu –Karantin rejimini pozduğuna görə

Özünü bloger adlandıran Tərtər rayon sakini Ziya Mahmudov xüsusi karantin rejiminin tələblərini pozduğuna görə Tərtər Rayon Polis Şöbəsinin xidmətdə olan əməkdaşları tərəfindən saxlanılaraq İXM-in 211-ci maddəsinə əsasən inzibati qaydada barəsində cərimə protokolu tərtib edilərək sərbəst buraxılıb.

Daxili İşlər Nazirliyinin Mətbuat Xidmətindən Strateq.az-a verilən məlumata görə, xüsusi karantin rejiminin tətbiqindən sonra, bu, Z.Mahmudovun inzibati qaydada 3-cü cəzasıdır.

Bundan əvvəl də o, 2 dəfə xüsusi karantin rejiminin tələblərini pozduğu üçün İXM-in 211-ci maddəsinə əsasən 100 manat cərimə olunub.