XƏBƏR LENTİ

19 Sentyabr 2020
18 Sentyabr 2020

Digər Xəbərlər

19 May 2020 - 11:45

Polis Bakıda əməliyyat keçirdi:heroin alverçiləri yaxalandı

Bakıda narkotik satan şəxslər yaxalanıb.

Trend-in məlumatına görə, Binəqədi rayon 40-cı Polis Bölməsinin əməkdaşları daxil olan əməliyyat məlumatı əsasında əvvəllər məhkum olunmuş, 1976-cı il təvəllüdlü Saleh Nuriyevi saxlayıb. Üzərinə baxış keçirilərkən ondan 0,137 qram heroin, 0,172 qram metamfetamin aşkar edilərək götürülüb.

Həmin gün Sabunçu rayon Polis İdarəsinin 12-ci polis bölməsi əməkdaşlarının keçirdikləri əməliyyat-axtarış tədbirləri nəticəsində şəhər sakini, 1983-cü il təvəllüdlü Turab Paşayev saxlanılıb. Saxlanılan şəxsin üzərinə baxış keçirilərkən ondan 0,296 qram heroin, 0,528 qram metamfetamin aşkarlanıb.

Faktla bağlı araşdırma aparılır.