XƏBƏR LENTİ

10 March 2021

Digər Xəbərlər

27 May 2020 - 12:06

Bakıda avtomobil divara çırpılıb, xəsarət alanlar var- FOTO

Bakının Böyükşor şossesində, Koroğlu metrostansiyası yaxınlığında baş vermiş qəzanın təfərrüatları məlum olub.

APA-nın məlumatına görə, “Hyundai” markalı, 99-UM-411 dövlət qeydiyyat nişanlı avtomobil idarəetməni itirərək divara çırpılıb.

Nəticədə iki nəfər ağır xəsarətlər alıb. Onların hər ikisi Təcili Tibbi Yardım vasitəsilə 3 saylı Klinik Tibbi Mərkəzə aparılıb.