XƏBƏR LENTİ

07 İyul 2020
06 İyul 2020

Digər Xəbərlər

27 May 2020 - 19:36

Xaçmazdakı insidentlə bağlı cinayət işi başlanılıb- RƏSMİ

Xaçmaz rayonunda Vüsal Kərimovla Nəriman Yusifov arasında baş verən insidentlə bağlı cinayət işi başlanılıb.

Baş Prokurorluğun Mətbuat Xidmətindən Strateq.az-a verilən məlumata görə, faktla bağlı Xaçmaz Rayon Prokurorluğunda Cinayət Məcəlləsinin 29, 120.1-ci (qəsdən adamöldürməyə cəhd) maddəsi ilə cinayət işi başlanılıb.

V.Kərimov şübhəli şəxs qismində tutularaq istintaqa cəlb edilib, müvafiq ekspertizalar təyin olunub.

Hazırda zəruri istintaq tədbirləri davam etdirilir.

Qeyd edək ki, Xaçmaz rayonu, Uzunoba kənd sakini, 1974-cü il təvəllüdlü Kərimov Vüsal Ağarəhim oğlu aralarında yaranmış münaqişə zəminində Xaçmaz rayonunun Qusarçay kənd sakini, 1985-ci il təvəllüdlü Yusifov Nəriman İbrahimşah oğlunun üzərinə benzin tökərək yandırıb. Ağır yanıq xəsarətləri alan N.Yusifov Bakıda yerləşən tibb müəssisələrindən birinə aparılıb.